Mərkəz direktoruna yeni müavin təyin edildi

saytların hazırlanması

Evə çatdırılma

Mərkəz direktoruna yeni müavin təyin edildi

Sosial

16 Fevral 2023 16:58 705


“Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi”nə icraçı direktorun müavini təyin edilib.

“Yeni Sabah” xəbər verir ki, Mərkəzin Müşahidə Şurasının qərarı ilə Aygün Bəşirova Mərkəzin icraçı direktorunun müavini təyin edilib.

Aygün Bəşirova 1984-cü ildə anadan olub. 2005-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr pilləsini, 2013-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistr pilləsini “Dövlət hüququ” ixtisaslaşması üzrə bitirib.   Sezar pizza

Aygün Bəşirova əmək fəaliyyətinə 2007-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsində başlayıb, 2017-ci ildən həmin baş idarənin İnzibati və hərbi normativ aktlar idarəsinin rəisi vəzifəsində çalışıb. Eyni zamanda o, Ədliyyə Nazirliyi Apellyasiya Şurasının üzvü olub. 2019-cu ildən hal-hazıradək Hüquqi Əməkdaşlıq üzrə Avropa Komitəsinin eksperti qismində fəaliyyət göstərib. 

2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!