Mərkəzi Çağırış Komissiyasının tərkibi dəyişdi 

saytların hazırlanması

Evə çatdırılma

Mərkəzi Çağırış Komissiyasının tərkibi dəyişdi 

Sosial

14 May 2024 10:32 512


Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi dəyişib.

Yenisabah.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Komissiyanın üzvləri sırasına aşağıdakı bəndlər əlavə edilib: pizza sifarişi

- Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

- Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

- Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

- Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini.

Qeyd edək ki, Komissiyanın sədri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, müavini isə müdafiə nazirinin müavinidir.  Komissiyanın digər üzvləri aşağıdakılardır:

- Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

- Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

- Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

- Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

- Azərbaycan Respublikası təhsil nazirinin müavini

- Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

- Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini

- Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti rəisinin müavini

- İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!