“Mersedes” bolidin iki versiyasından istifadə edə bilər

saytların hazırlanması

Evə çatdırılma

“Mersedes” bolidin iki versiyasından istifadə edə bilər

Avto

02 Mart 2019 02:35 1200


Barselonada Formula 1-in ikinci qış testlərindən əvvəl “Mersedes”in “W10” bolidinin əsaslı şəkildə yenilənməsi Almaniya komandasının rəqiblərini 2019-cu il mövsümündə “Mersedes”in taktikası barəsində gözlənilməz təkliflə çıxış etməyə sövq edib.

Bu barədə Formula 1-in mətbuat xidmətinin əməkdaşı Uill Bakston məlumat verib. U. Bakston öz “Twitter” səhifəsində yazıb: “Mersedes”in əsas rəqiblərindən biri ilə çox maraqlı söhbətim olub. Bu həftə təqdim edilən “W10” yenilənmiş variant deyil, alternativ versiyadır. Onlar düşünürlər ki, komanda 2019-cu ildə trasdan asılı olaraq iki konsepsiyadan istifadə etmək variantını nəzərdən keçirə bilər”.

“Mersedes”in texniki direktoru Ceyms Ellison daha əvvəl bolidin yeni versiyasında irəliləyişin əldə olunduğunu bildirsə də, şinlərin aşınması probleminin olduğunu etiraf edib. Pepperoni pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!