Dünyaca məşhur aktyor Tom Henks və xanımı Rita Uilson da COVİD-19 virusuna yoluxub.
"Yeni Sabah" xəbər verir ki, xəstəliyin əlamətlərini hiss etdikləri üçün Avstraliyada testdən keçən cütlüyün nəticələri müsbət olub.
Bu barədə T.Henks öz Tvitter hesabında yazıb. 63 yaşlı aktyor həyat yoldaşı ilə birgə bir müddət karantində qalacaqlarını açıqlayıb. Dominos pizza
T.Henks Avstraliyaya Elvis Preslinin həyatından bəhs edən filmin çəkilişləri üçün getmişdi.
Telegram kanalımız