Çilidə təşkil edilən musiqi festivalında qarşıdurma yaşanıb.
Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, etirazçılar məşhur müğənni Riki Martinin qaldığı oteli yandırmağa çalışıb. Onlar otelin önündəki 8 avtomobili yandırıb. Polislə qarşıdurma zamanı 23 nəfər xəsarət alıb.
Saxlanılanlarla bağlı rəsmi məlumat verilməyib.
Çilidə təhsil, səhiyyə və digər sahələrdə islahatlar tələb edən xalq bir müddətdir ki, etiraz aksiyaları keçirir. Dünyaca məşhur ulduzların dəvət olunduğu musiqi festivalı ölkədə davam edən qarışıqlığı daha da alovlandırıb.
https://cdn.yenisabah.az/files/riki.jpg
https://cdn.yenisabah.az/files/riki2.jpg
https://cdn.yenisabah.az/files/riki3.jpg Telegram kanalımız