Məşhur xəstəxana rəsmi olaraq Fazil Məmmədova verildi

saytların hazırlanması

Evə çatdırılma

Məşhur xəstəxana rəsmi olaraq Fazil Məmmədova verildi

Sağlamlıq

08 Fevral 2019 17:02 5226


Azərbaycanda məşhur xəstəxana rəsmi olaraq keçmiş vergilər naziri Fazil Məmmədova verilib.

“Yeni Sabah” xəbər verir ki, bu haqda xəbəri araşdırmaçı jurnalist Cavanşir Həsənli paylaşıb. O, deyib ki, fevralın 6-dan Gəncə Beynəlxalq Xəstəxanası Fazil Məmmədovun tabeçiliyinə keçib. Xəstəxananın yeni sahibi keçmiş vergilər nazirinə məxsus Sinerji Şirkətlər Qrupdur.

Gəncə Beynəlxalq Xəstəxanası 9 Sentyabr 2015 tarixindən fəaliyyətə başlayıb. Beş mərtəbədən ibarət xəstəxananın ümumi sahəsi 11.887 m²-dir. Poliklinika şöbəsi 25 kabinetdən, stasionar şöbə ümumilikdə 56 çarpayıdan, bunlardan 32-i tək nəfərlik (bunlardan 4 junior suit, 2 suit), 9-u iki nəfərlik, 1 ədəd 5 nəfərlik xəstə və 1 çarpayılıq dializ otaqlarından ibarətdir. Dördpendirli pizza

İndiyə qədər xəstəxananın Fazil Məmmədova məxsusluğu barədə ehtimallar mövcud olsa da, GBX rəsmi olaraq indi “Sinerji”nin tabeliyinə verilib.

“Belə bir ehtimal var, xəstəxana ona bu yaxınlarda əlindən alınan Minskdəki "Buta Butik" hotelinin və daha bir neçə obyektin əvəzində kompensasiya kimi verilib” deyə jurnalist qeyd edib.

Onu da qeyd edək ki, F. Məmmədov özü hazırda Gəncə Beynəlxalq Xəstəxanasında müalicə olunur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!