Məşhurlar şəhidlər üçün göz yaşı axıdırlar – "Ürəyim qan ağlayır"

saytların hazırlanması

Evə çatdırılma

Məşhurlar şəhidlər üçün göz yaşı axıdırlar – "Ürəyim qan ağlayır"

Şou

28 Fevral 2020 12:26 975


Suriyanın İdlib bölgəsində Türkiyə Silahlı Qüvvələri havadan hücuma məruz qalıb. Rejim qüvvələrinin hücumu nəticəsində Türkiyə ordusunun 33 hərbçisi şəhid olub. Çoxlu sayda yaralının olduğu bildirilir. Yaralı hərbçilər Cilvegözü sərhəd-keçid məntəqəsindən Türkiyəyə aparılıblar. Yenisabah.az xəbər verir ki, türkiyəli məşhurlar ölkəni kədərə boğan bu hadisəyə səssiz qalmayıblar. Onlar ard-arda sosial şəbəkədə acılarını bölüşüblər. Müğənni Demet Akalın - "Dualar sadəcə "Mehmetciyə". Aparıcı Acun Ilıcalı – "Başımız sağ olsun. Şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyirəm. Allah millətimizə səbr versin". Aktyor Şahan Gökbahar - "Çox üzgünəm, gənc canlar qurban getdi. Allah şəhidlərimizə rəhmət etsin". Müğənni Alişan – "Allah qorusun əsgərlərimizi. Bu gecənin üzü suyu hörmətinə…" Modelyer İvana Sərt - "Allah millətimizə səbr versin". Müğənni Fərhat Göçər – "Ürəyim qan ağlayır, başımız sağ olsun. Allah şəhidlərimizə rəhmət etsin, yaralılara şəfa versin".
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!