Müğənni Mətanət Əsədova səsinə qiymət verilməməsindən gileylənib.
Yenisabah.az xəbər verir ki, ARB telekanalında yayımlanan “Tam Vaxtıdır” proqramında qonaq olan ifaçı verilişlərə dəvət olunduqda saatlarla oxumaq istədiyini bildirib:
“Əgər mən evdə sərf etdiyim zamanı musiqiyə yönəltsəydim, indi səsim yüksəklərdən gələrdi. Ona görə yönəltmədim ki, dövrümdə səsimə qiymət verilmədi. Odur ki, elə-belə oxuyuram. Əsl Mətanət Əsədova efirdə oxuduğunun bir faizini belə oxumayıb. Çünki ona şərait yaratmırlar. Marqarita pizza
İndi məni bu verilişə niyə çağırmısınız? Qonşu kanalların birində veriliş yayımlanır. Verilişin aparıcısı deyir ki, səni tək qonaq çağırmaq istəyirəm. Elə düşünməyin ki, Mətanət bəziləri kimi eqoistdir.
Xeyr, mən bunu demirəm. Xalq səsimi dinləmək istəyir. Gətir Mətanəti on saat efirdə oxut, gör o səhnədən qaçacaq?”
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız