Milli Məclis sazişi ratifikasiya etdi

saytların hazırlanması

Evə çatdırılma

Milli Məclis sazişi ratifikasiya etdi

Siyasət

27 Aprel 2026 12:05 88


Milli Məclis Ümumdünya Şəhərsalma Forumun 13-cü sessiyası (WUF13) ilə əlaqədar təşkilati və maliyyə məsələləri ilə barədə əlavə sazişi ratifikasiya edib.

"Yeni Sabah" xəbər verir ki, xəbər verir ki, parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyası ilə əlaqədar təşkilati tədbirlər və maliyyə məsələləri barədə əlavə Saziş"in təsdiqinə dair qanun layihəsinə əsasən, sənəd 2026-cı il yanvarın 15-də Cenevrə şəhərində imzalanıb.

Bildirilib ki, sazişin imzalanmasında əsas məqsəd Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyası (WUF13) ilə əlaqədar təşkilati tədbirləri və maliyyə məsələlərini nizama salmaqdır.

Sazişdə tədbirin keçirilmə yeri kimi Bakı Olimpiya Stadionu, keçirilmə tarixi isə 17-22 may 2026-cı il müəyyən edilib.

Sənədə əsasən, tədbirin keçirildiyi dövrdə təhlükəsizlik tədbirlərinə dair tələblər, fors-major, iştirak üçün fərd və nümayəndələrin dairəsi, maliyyə tənzimləmələri və öhdəliklər, yaranacaq əlavə xərclər, istifadə olunmalı olan bank hesabları, valyuta növü, BMT-nin Məskunlaşma Proqramına dair öhdəliklərlə bağlı məsələlər, məkanlar, yerləşdirmə, təchizat, xidmətlər, sərgi, telekommunikasiya, yerli heyət, məxfilik və digər vacib məsələlər tənzimlənir.

Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!