Milli Şura təcili toplanır

saytların hazırlanması

Evə çatdırılma

Milli Şura təcili toplanır

Siyasət

21 Fevral 2019 20:28 1101


Xəbər verdiyimiz kimi  Milli Şura 23 fevralda mitinq keçirməklə bağlı qərar qəbul etsə də, Bakı Şəhər İcra Hakimiyyəti icazə verməyib.

“Yeni Sabah”ın məlumatına görə, bu gün bununla bağlı təcili toplantı keçirilir. İclas bir azdan başlayacaq. Milli Şura və AXCP rəhbərliyi yaranmış vəziyyəti və sonrakı addımları  müzakirə edəcək.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli də sosial şəbəkə hesabında paylaşım edib və bildirib ki, Azərbaycan xalqı sərbəst toplaşmaq haqqından imtina etməyəcək. Dördpendirli pizza

Qeyd edək ki, bundan öncə, Milli Şura yanvarın 26-da Bakıda "Məhsul" stadionunda "Siyasi məhbuslara azadlıq" tələbi ilə mitinq keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu göndərib. Bakı Şəhər İcra Hakimiyyəti mitinqin keçirilməsini məqsədəuyğun saymayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!