Millimizin lideri qızıl medal qazandı

saytların hazırlanması

Evə çatdırılma

Millimizin lideri qızıl medal qazandı

İdman

29 Yanvar 2022 19:12 727


Sablya üzrə milli komandamızın lideri Anna Başta Bolqarıstanın Plovdiv şəhərində keçirilən dünya kuboku turnirinin mərhələ yarışında qızıl medal qazanıb.

Azərbaycan Qılıncoynatma Federasiyasından Yenisabah.az-a verilən məlumata görə, idmançımız qadınların şəxsi yarışının finalında fransalı Mannon Brunetə 15:10 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, qadın sablyaçıların şəxsi yarışında mübarizəyə əsas mərhələdən qoşulan A.Başta ilk görüşdə Rusiya təmsilçisi Anastasiya Şorokova (15:9), sonra isə almaniyalı Yulike Funkeni (15:11) mübarizədən kənarlaşdırıb. O, ən güclü səkkizliyə yüksəlmək uğrunda görüşdə Tokio Olimpiadasında məğlub etdiyi amerikalı Enn-Elizabet Stoun üzərində 15:9 hesablı qələbə qazanıb. Sablyaçımız yarımfinala vəsiqə uğrunda qarşılaşmada yaponiyalı Emura Misakini 15:11 hesabı ilə məğlub edib. Yarımfinalda italiyalı Rossella Qreqorioya 15:13 hesabı ilə qalib gələn A.Başta adını finala yazdırıb. Toyuqlu pizza

Qeyd edək ki, təsnifatdan 64-lüyə yüksələn Səbinə Kərimova və Sevil Bünyatova qadınların şəxsi yarışında çıxışlarını başa vurublar. S.Kərimova əsas mərhələdə keçirdiyi ilk görüşdə rusiyalı Olqa Nikitinaya (8:15), S.Bünyatova isə qazaxıstanlı Aygerim Saribaya (13:15) uduzublar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!