Minik avtomobili “BakuBus”a çırpıldı

saytların hazırlanması

Evə çatdırılma

Minik avtomobili “BakuBus”a çırpıldı

Sosial

14 Fevral 2019 18:02 761


Bu gün 2 nömrəli müntəzəm marşrut xətti üzrə istismarda olan 99-JX-198 DQN-lı avtobusun iştirakı ilə qəza baş verib.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev "Yeni Sabah"a açıqlamasında deyib ki,  “Toyota” markalı minik avtomobili Yusif Səfərov küçəsində idarəetməni itirərək avtobusa dəyib:

“Hadisə nəticəsində avtobusdakı sərnişinlər arasında xəsarət alan olmayıb. Minik maşınının sürücüsü ağır xəsarət alıb və dərhal xəstəxanaya çatdırılıb. İlkin məlumata görə qəza minik avtomobilinin sürücüsünün günahı səbəbindən baş verib”. pizza hut

M.Ağayevin sözlərinə görə, hadisənin dəqiq baş vermə səbəbləri müvafiq araşdırmadan sonra məlum olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!