Moldova İsraildən Şorun təxliyəsini tələb edir

saytların hazırlanması

Evə çatdırılma

Moldova İsraildən Şorun təxliyəsini tələb edir

Dünya

26 Aprel 2023 15:59 631


Moldova qiyabi olaraq 15 il həbs cəzasına məhkum edilmiş siyasətçi və iş adamı İlan Şorun ekstradisiyası üçün İsrailə sorğu göndərib.

Yenisabah.az xəbər verir ki, sorğu apellyasiya məhkəməsinin Şorla bağlı yekun hökmünü çıxardıqdan az sonra göndərilib.

İlan Şor və Moldovanın ən varlı adamı Vlad Plaxotnyik artıq ABŞ və Böyük Britaniyanın sanksiya siyahısındadır. Dominos pizza

O, külli miqdarda dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. İ. Şor rusiyalı müğənni Jasminin əridir. O, 2019-cu ilin iyununda Moldovadan qaçıb və İsraildə gizlənib. Xaricdə olarkən 2019 və 2021-ci illərdə Şor partiyasının siyahıları ilə millət vəkili seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!