“Mossad“ın keçmiş şefi korrupsiyada ittiham olunur

saytların hazırlanması

Evə çatdırılma

“Mossad“ın keçmiş şefi korrupsiyada ittiham olunur

Dünya

11 Avqust 2021 09:20 795


İsrail xüsusi xidməti "Mossad"ın sabiq rəisi Yossi Koen rüşvət almaqda şübhəli bilinir.

Yenisabah.az "Times of Israel"ə istinadla xəbər verir ki, İsrailin baş prokuroru Aviçay Mandelblit yeni dövlət ittihamçısı Amit Eysmana iddiaları araşdırmağı tapşırıb.

Koen İsrailin keçmiş Baş naziri Benyamin Netanyahu ilə əlaqəli bir korrupsiya işi üzrə avstraliyalı milyarder Ceyms Pakerdən qızının toyu üçün 20 min dollarlıq hədiyyə almaqda ittiham olunur. pizza hut

Bundan başqa, o, bir neçə başqa korrupsiya ittihamı ilə də üzləşib, lakin İsrailin məxfilik qanunlarına görə, təfərrüat açıqlanmır.

Yossi Koen keçən ay təqaüdə çıxıb. İsrailin maliyyə və işgüzar nəşri "Globes"in yazdığına görə, o, "SoftBank"ın İsrail üzrə əməliyyat direktoru təyin oluna bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!