“Müharibə başlayanda Moskvada idim” – Ermənistan MTX-nin keçmiş direktoru

saytların hazırlanması

Evə çatdırılma

“Müharibə başlayanda Moskvada idim” – Ermənistan MTX-nin keçmiş direktoru

Rəsmi

09 İyun 2021 12:23 929


“Mən Nikolun ölkəni uçuruma aparması barədə insanları xəbərdar etməyə çalışdım”.

Yenisabah.az xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş direktoru - “Şərəfim var” blokunun lideri Artur Vanetsyan bildirib.

Rusiyalı jurnalist Vladimir Solovyova verdiyi müsahibəsində Vanetsyan MTX direktoru vəzifəsinə təyin olunmasına və daha sonra Paşinyan hakimiyyəti tərəfindən ona qarşı irəli sürülən ittihamı şərh edərkən bildirib: “Nikol Paşinyan daim yalan danışır, yalan onun kredosudur. Yalan danışmaqdan başqa bir şey bilmir”. pizza

Artur Vanetsyan. 2018-ci ilin “məxməri inqilab”ından sonra Milli Təhlükəsizlik Xidmətinin direktoru təyin olunması barədə deyib: “İnsanların əksəriyyəti Nikol Paşinyanı dəstəkləyirdi. O, inqilabi proseslərlə hakimiyyətə gəldi. Paşinyanın davranışında populizm çox idi. O zaman vəziyyəti düzgün istiqamətə yönəltməyin, xalqın inamından və ümidindən bəhrələnməyin mümkün olduğunu düşünürdüm”.

Daha sonra Vanetsyan deyib: “Məni 20 yaşımdan bəri təhlükəsizlik orqanlarında xidmət etdim və Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsinə yüksəldim. Mən küçədən gələn bir adam deyiləm. Təklifi qəbul etdim və başa düşdüm ki, prosesdə mühüm rolum var və imtina etməməli, məsuliyyət götürüb irəliləməliyəm. Paşinyan da etiraf edir ki, MTX-də işim səmərəli idi. Hakimiyyətə gələndə o, korrupsiyaya qarşı mübarizədən danışırdı. Bunu həyata keçirən mən idim. Sonra gördüm ki, ölkəni uçuruma aparır. Məni dinləmədilər, rus casusu olmaqda günahlandırmağa başladılar. Nəticədə insanlara bizi nə gözlədiyini izah edə bilmədim. Təəssüf ki, bütün proqnozlarım çox pis formada gerçəkləşdi”.

MTX-nın keçmiş direktoru müharibənin başladığı gün, yəni sentyabrın 27-də Moskvada olduğunu bildirib. “Müharibə xəbərini aldıqdan sonra dərhal geri qayıtdım və ertəsi gün Qarabağa getdik. Döyüşlərdə birbaşa iştirak etdim. Əlində avtomat silahlı general səngərdə tez-tez görünmür”.

Vanetsyan qeyd edib ki, hərbi əməliyyatlar bitən Şuşa yaxınlığındakı kənddə olub. Mövqeləri tərk etmək əmrini aldıqdan sonra İrəvana qayıdıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!