Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Müharibə oldu, başlarını əzdik. Hansı statusdan söhbət gedir?!“  - Zərdüşt Əlizadə
19 Sen 2021 09:33
3312

“Müharibə oldu, başlarını əzdik. Hansı statusdan söhbət gedir?!“ - Zərdüşt Əlizadə

“Cənab Prezident dəfələrlə deyib ki, status məsələsi yoxdur. Müharibədən əvvəl, bizim tərəfdən 3 min, onlar tərəfdən 5 min adam həlak olmamışdan qabaq Azərbaycan tərəfi ermənilərə ən yüksək statusu təklif edirdi və göstərirdi ki, bu mümkündür. Ermənilərə sübut etməyə çalışırdı ki, baxın, avropalılar  necə gözəl, bəh-bəhlə, təhlükəsiz, firavan yaşayırlar. Gəlin, siz də daşı tökün ətəyinizdən, sizə status verək, adam balası kimi beynəlxalq nəzarət altında yaşayın”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə ermənilərin status tələbinə münasibət bildirərkən deyib. Z.Əlizadə qeyd edib ki, qarşı tərəf bunu istəmədiyi üçün hərbi əməliyyatlar qaçılmaz oldu: “ Dedilər yox, biz artıq “müstəqilik”, bundan sonra biz necə muxtariyyətə qayıdaq? Əsla olmaz, biz qələbəmizi əldən verə bilmərik. Biz onlara başa sala bilmirdik ki, qələbə yoxdur, təhlükə hər an qapıdadır, müharibə ola bilər. Deyirdilər siz bizi qorxudursunuz, gedin nə istəyirsiniz edin. Ondan sonra da müharibə oldu, vurduq əzdik başlarını. İndi hansı statusdan söhbət gedir? 25 min erməniyə status? Azərbaycanın ən kiçik rayonunun əhalisi 25 mindən çoxdur”.

Zərdüşt Əlizadə bildirib ki, müəyyən mexanizmlər vasitəsiylə insanların milli-mədəni dəyərini qorumaq olar. Çünki milli azlıqlar (talışlar, ləzgilər, kürdlər, yəhudilər və s.) Azərbaycanın milli dəyəri, tarixi irsidir. “Ermənilər bizim qanunlara tabe olsalar, imkan verərik ki, onlar öz dillərini, dinlərini və mədəniyyətlərini qorusunlar. Burada hansısa bir problem yoxdur. Əsas odur onlar öz xəstə təfəkkürlərindən əl çəksinlər və onlara öz ağaları tərəfindən verilən əmrləri icra etməsinlər” - deyə politoloq fikrini tamamlayıb.

Rafi Müslümov 

“Müharibə oldu, başlarını əzdik. Hansı statusdan söhbət gedir?!“  - Zərdüşt Əlizadə
  • ikram
    ikram
    Tam doğru fikirdir İndi elə etmək lazımdırki ruslar qarabağda mövcudluqlarının müvəqqəti olduğunu başa düşsünlər
    1 month ago Cavab 0
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər