Murad Dadaşov Xəzər TV-nin aparıcılarına nə tapşırıb? –   Zaur Kamal açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Murad Dadaşov Xəzər TV-nin aparıcılarına nə tapşırıb? – Zaur Kamal açıqladı

Şou

10 Mart 2020 10:23 2431


Xəzər Televiziyasının "5-də 5" verilişinin aparıcısı Zaur Kamal yeni müdirinin tapşırığından danışıb. 

Yenisabah.az xəbər verir ki, aparıcı efir zamanı qonağı olan xanəndə Zabit Nəbizadə ilə söhbət zamanı kanala direktor təyin olunan Murad Dadaşovun tapşırığından bəhs edib.

O, M.Dadaşovun aparıcıların dəvət etdiyi qonaqların adət-ənənəyə, milli musiqiyə diqqət yetirməli olduğunu bildirib: "Zabit müəllim Murad müəllimin adını çəkdi. Fikirləşdim görəsən, hansı Murad müəllimi deyir. Bizim rəhbər Murad müəllimi deyirmiş. Murad Dadaşov Xəzər TV-yə direktor təyin olunanda söylədi ki, Azərbaycan musiqilərinə, adət-ənənələrinə diqqət yetirilməlidir. Dəvət edəcəyiniz qonaqlar da buna riayət etməlidir. Elə qonaqlar olsun ki, tamaşaçılar zövqlə izləsinlər”. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!