Müsavatdan Nəsiman Yaqublu ilə bağlı açıqlama 

saytların hazırlanması

Evə çatdırılma

Müsavatdan Nəsiman Yaqublu ilə bağlı açıqlama 

Siyasət

29 Avqust 2024 13:16 292


"Professor Nəsiman Yaqublunun uğradığı yol qəzasının əsl səbəbinin məlum olacağına inanmaq istəyirik". 

Bunu Modern.az-a açıqlamasında Müsavat Partiyası sədrinin müavini Gülağa Aslanlı bildirib. 

"Namizədlərimizdən biri olan professor Nəsiman Yaqublu müəmmalı şəkildə dünyasını dəyişdi. İnanmaq istəyirik ki, hüquq-mühafizə orqanları bu yol qəzasının əsil səbəbini ortaya qoya biləcəkdir".  pizza hut

Xatırladaq ki, tarixçi alim, Bakı Dövlət Universitetinin professoru, Müsavat Partiyasının 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsindən deputatlığa namizədi Nəsiman Yaqublu avqustun 25-də seçicilərlə görüşdən Bakıya qayıdarkən Cəbrayıl rayonu ərazisində yol qəzasına düşərək həyatını itirib. Mərhumun maşında tək olduğu bildirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!