Naftalanın 39 yaşlı yeni icra başçısı kimdir? -   DOSYE

saytların hazırlanması

Evə çatdırılma

Naftalanın 39 yaşlı yeni icra başçısı kimdir? - DOSYE

Sosial

04 Dekabr 2019 17:13 5290


Prezident İlham Əliyev Novruzov Vüqar Vahid oğlunun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

"Yeni Sabah" sizi, 39 yaşlı yeni icra başçısının tərcümeyi-halı ilə tanış edir. 

V.Novruzov 1980-cı ildə Bakı şəhərində anadan olub. 2001-ci ildə Azərbaycan Texniki Universitetinin Mühəndis-menecment ixtisası üzrə bakalavr, 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit ixtisası üzrə magistratura pilləsini, 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistratura pilləsini bitirmişdir. pizza sifarişi

Əmək fəaliyyətinə 2002-2003-cü illərdə Azərbaycan Respublikasının Hesablama Palatasının Təşkilat şöbəsində böyük mütəxəssis kimi başlamışdır. 2003-2007-ci illərdə Azərbaycan Respublikası Hesablama Palatasının böyük mütəxəssisi, məsləhətçisi, aparıcı məsləhətçisi, sektor müdiri, 2007-2019-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsində məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb. Yeni Azərbaycan Partiyasının üzvüdür.

Yeni icra başçısı 2008-ci ildə Əzizbəyov Rayon (indiki adı Xəzər Rayon) İcra Hakimiyyəti Başçısının müavini vəzifəsinə təyin edilib.

Prezident İlham Əliyevin 22 iyun 2016-cı il tarixli Sərəncamına əsasən  “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!