Nərimanov rayonunda yerləşən S.C.Pişəvəri adına Respublika Humanitar fənlər gimnaziyasında fevral ayının bir həftəsi Narkomaniyaya qarşı mübarizə həftəsi elan edilib.
"Yeni Sabah" xəbər verir ki, tədbirlər müxtəlif dövlət qurumları, təşkilatlar tərəfindən dəvət olunmuş nümayəndələrin iştirakı ilə keçirilir. Həftə ərzində bu mövzuda inşa və rəsm müsabiqəsi də keçirilib. Maarifləndirmə işi hər yaş qrupundan olan şagirdlərin öz səviyyəsinə uyğun aparılıb.
12 fevralda “Narkomaniya ümumbəşəri bəladır”mövzusunda maarifləndirmə tədbirində Nərimanov Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Vaqif Müslümov mövzu ətrafında çıxış edərək bildirib ki, narkomaniya xəstəliyinə düçar olanlarda fiziki cəhətdən asılılıq yaranır, onlar narkotik maddələri əldə etmək üçün hər cür cinayətə əl atırlar. Toyuqlu pizza
“Demək olar ki bu bəla qlobal fəlakətlərə də gətirib çıxarır. Narkomanların çoxu virus xəstəliklərinin, o cümlədən QİÇS-in, Hepatit C-nin daşıyıcıları və yayanları olurlar”.
Tədbirdə Nərimanov RPİ-i tərəfindən xüsusi hazırlanmış, dünyada tüğyan edən narkomaniya adlı bu bəlanın dəhşətlərini özündə əks etdirən video çarx nümayiş etdirilib. Sonda mövzu ətrafında maraqlı diskusiyalar keçirilib.
Növbəti gündə Narkotiklərə qarşı Milli Təbliğat Ofisinin sədr müavini Yolçuyeva Leyla “Gənclər və narkomaniyaya ” adı altında iki günlük tədbir keçirilib. Videoçarxlar və statistik göstəricilər cəmiyyətimizə bu bəlanın nə qədər siraət etdiyini göstərib. Çox təəssüf ki, qurbanların çoxu gənclərimiz olur.
Müxtəlif dövlət qurumları tərəfindən narkomaniyaya qarşı çox sərt addımlar atılır, mübarizə aparılır. Lakin bunu görkəmli rus yazıçısı L. Tolstoyun ifadəsi ilə desək, Biz yalnız başqaları üçün yaşayan zaman özümüz üçün yaşayırıq. Biz də özümüzü və ətrafımızı bu bəladan qorumalı, sağlam və faydalı olmalı, daim dövlətimizin rifahı üçün çalışmalıyıq.
Telegram kanalımız