Narkotiki qəbiristanlıqda gizlətdi

saytların hazırlanması

Evə çatdırılma

Narkotiki qəbiristanlıqda gizlətdi

Kriminal

04 Mart 2019 17:35 857


Balakən rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Talalar kənd sakini, əvvəllər məhkum olunmuş Muxtar Mustafayev saxlanılıb.

DİN-dən "Yeni Sabah"a verilən məlumata görə, şəxsi axtarış zamanı M. Mustafayevdən  0, 38 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Onun ətrafında aparılan araşdırmalarla M. Mustafayevin rayonun Mahamalar kənd qəbiristanlığının ərazisində gizlətdiyi təmiz çəkisi 292 qrama yaxın qurudulmuş marixuana da aşkar edilərək maddi sübut kimi götürülüb.  

Bundan başqa, Balakən şəhər sakini Abdulla Qallacovun üzərinə və avtomobilinə baxış keçirilən zaman ümumi çəkisi 7,87 qram narkotik vasitə  qurudulmuş marixuana aşkar olunub.  Ətrafında aparılan araşdırmalar zamanı onun Kortala kəndi ərazisində əkib-becərdiyi ümumi çəkisi 132,52 qram olan çətənə bitkisinin hissələri də aşkar edilərək götürülüb.  pizza mizza

Digər Balakən şəhər sakini Rövşən Nəsibovdan 7,16 qram qurudulmuş marixuana aşkarlanıb.  R. Nəsibovun yaşadığı evə baxış keçirilən zaman oradan 4 ədəd çətənə bitki kolları aşkar edilərək götürülüb. 

Faktlarla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!