Naxçıvan MR-in keçmiş vəzifəli şəxslərinin işi məhkəmə icraatındadır

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvan MR-in keçmiş vəzifəli şəxslərinin işi məhkəmə icraatındadır

Hadisə

18 Mart 2024 21:46 884


Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Rza oğlu Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Turan oğlu Əsgərovun barəsində ibtidai araşdırması yekunlaşmış cinayət işi Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində icraatdadır.

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, qeyd olunan şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda vəsaitlərin mənimsənilməsi) maddəsi ilə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirləndirilirlər.

Qeyd edək ki, Rafael Əliyev və Mənsur Əsgərov 2022-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən araşdırma tədbirləri nəticəsində cinayət məsuliyyətinə cəlb ediliblər. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!