Nazarovun komandası mövsümə böyükhesablı qələbə ilə başladı
19 Sen 2020 17:32
546

Nazarovun komandası mövsümə böyükhesablı qələbə ilə başladı

Milli komandamızın futbolçusu Dmitri Nazarovun çıxış etdiyi "Ertsgebirge" klubu Almaniyanın II Bundesliqasında yeni mövsümünə qələbə ilə start verib.

Yenisabah.az xəbər verir ki, Aue təmsilçisi ilk turda səfərdə "Vürtsburger Kikers" komandasını 3:0 hesabı ilə məğlub edib.

Qalibiyyəti təmin edən qolları Con-Patrik Ştraus (60-cı dəqiqə), Paskal Testroet (63) və Tom Baumqart (90) vurublar.

Qeyd edək ki, Nazarov matça start heyətində başlayıb və 75-ci dəqiqədə əvəzlənib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər