Nazir AMEA-nın aqibətinə aydınlıq gətirdi:   “Nazirliyinin tabeliyinə verilib”

saytların hazırlanması

Evə çatdırılma

Nazir AMEA-nın aqibətinə aydınlıq gətirdi: “Nazirliyinin tabeliyinə verilib”

Sosial

29 İyul 2022 18:31 1197


“Bu qərarı Milli Elmlər Akademiyasının ləğvi kimi qiymətləndirmək qətiyyən düzgün deyil".

Yenisabah.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “AzTV” telekanalının “Hədəf” verilişinə müsahibəsində deyib.

Nazirin sözlərinə görə, Milli Elmlər Akademiyası öz fəaliyyətini davam etdirir: Marqarita pizza

"Sadəcə olaraq Akademiyanın tabeliyində olan bəzi elmi-tədqiqat institutları Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib”.

“Tabelik və elmi fəaliyyət qarışdırılmamalıdır. Çünki hətta yeni struktur yaradıldıqdan sonra da həm texniki, həm də humanitar sahə üzrə elmi prioritetləri müəyyənləşdirmək, elmi fəaliyyətlə bağlı ölkənin vacib istiqamətlərini müəyyən etmək məhz AMEA-nın səlahiyyətləri olaraq qalır.

İnanıram ki, Azərbaycan Milli Elmlər Akademiyası, Elm və Təhsil Nazirliyi və nazirliyin tabeliyində olan həm ali təhsil müəssisələri, həm elmi təşkilatlar birlikdə ölkədə elmin və təhsil inkişafına nail olacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!