Bakının bu qəsəbəsinə şəhər statusu verilə bilər

saytların hazırlanması

Evə çatdırılma

Bakının bu qəsəbəsinə şəhər statusu verilə bilər

Sosial

29 Noyabr 2026 08:35 292


Yaxın dövrdə Hövsanda əhalinin sayının ən azı iki dəfə artacağı, hətta qəsəbəyə şəhər statusunun verilə biləcəyi ehtimal olunur.

“Yeni Sabah” xəbər verir ki, bunu "Bakupost"a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, əhalinin artması və ticarət əlaqələrinin genişlənməsi ərazidə yeni MİDA yaşayış binalarının inşasına, eləcə də daşınmaz əmlaka tələbatın yüksəlməsinə səbəb olacaq. Məişət texnikası

"Son on ildə Hövsanda torpaq sahələrinin qiyməti 4-5 dəfə artıb. Torpaq sahələrinin qiyməti əvvəllər 2-3 min olduğu halda, hazırda 10 minə çatıb. Bu, şəhərə yaxınlıq, infrastrukturun inkişafı və gələcək perspektivlər baxımından əhalinin Hövsana marağının artdığını göstərir.Hesab edirəm ki, beş ildən sonra Hövsanda torpağın qiyməti indiki səviyyə ilə müqayisədə təxminən 2-3 dəfə arta bilər".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!