Nazir bu şəxsləri hansı əsasla işdən çıxardı? – “Uzağı yarım litr benzin işlədilib”

saytların hazırlanması

Evə çatdırılma

Nazir bu şəxsləri hansı əsasla işdən çıxardı? – “Uzağı yarım litr benzin işlədilib”

Sağlamlıq

04 Mart 2019 21:03 5428


“Bu hərəkətə görə inzibati tənbeh tədbiri görmək olardı. Amma işdən çıxarmaq əmək münasibətlərində ən ağır cəzadır. Burada ən çoxu zərər hesablana bilərdi ki, orada yanacaq sərf ediblər. Bu adi bir şeydir”. 

Bu sözləri “Yeni Sabah”a “Vətəndaşların əmək hüquqları müdafiə liqası”nın sədri Sahib Məmmədov təcili yardım avtomobillərinin sürücüləri və videodakı tibb bacısının işdən çıxarılması ilə bağlı açıqlamasında deyib. 

Onun sözlərinə görə, bunun üçün hətta işçiyə xəbərdarlıq etmək kifayət edirdi: “Onun nə mənfi nəticəsi var ki? Uzağı orada yarım litr benzin yanıb. Bu zaman çağırış olsaydı onlar getməsəydi, bunun nəticəsində hansısa xəstənin vəziyyəti ağırlaşsaydı bu başqa... Görünür ki, iş yerində artıq hərəkət ediblər. Buna görə töhmət vermək kifayət idi. Əgər uzun müddət davam edibsə, yanacaq pulunu işəgötürənə dəymiş maddi ziyan kimi geri almaq olardı. Heç bir halda buna görə əmək müqaviləsinə xitam verilməsini adekvat cəza tədbiri kimi saya bilmərəm”.  Toyuqlu pizza

Qeyd edək ki, sosial şəbəkələrdə Təcili Tibbi Yardım Xidmətinə məxsus maşınların musiqi sədası altında bir xanımın başına dövr etməsini özündə əks etdirən video yayılmışdı. Bununla bağlı araşdırma aparıldıqdan sonra isə Səhiyyə Nazirliyi tərəfindən həmin şəxslər işdən çıxarılıb.

Videonu aşağıda yenidən təqdim edirik. Diqqətlə izləyin. Burada 3 nəfərin işdən çıxarılmasına səbəb olacaq hər hansı səbəb varmı? Ölkə rəhbərliyinin işsizliyə qarşı mübarizə apardığı bir vaxtda, işdən çıxarılmaya 10 faiz belə əsas yaratmayan videoya görə Səhiyyə Nazirliyi rəhbərliyinin belə bir qərar qəbul etməsini nə ilə izah etmək mümkündür? 

Əsmər


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!