Nazir müşavirindən rəqəmsal inkişafla bağlı vacib mesajlar

saytların hazırlanması

Evə çatdırılma

Nazir müşavirindən rəqəmsal inkişafla bağlı vacib mesajlar

İqtisadiyyat

27 Oktyabr 2026 10:18 106


Rəqəmsal inkişaf yalnız texnoloji infrastruktura sərmayə qoymaqla məhdudlaşmamalı, müxtəlif sahələrdə çalışan insanların rəqəmsal savadlılığı və bacarıqları da artırılmalıdır.

“Yeni Sabah” xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşkil etdiyi “Media üçün rəqəmsal səriştələr” tədbirində çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov bildirib.

Onun sözlərinə görə, hökumət orqanları və agentliklər media ilə birlikdə texnoloji mühitdə yaranan çağırışları dəyərləndirməli, ictimaiyyətin ehtiyaclarını daha dərindən anlamalı və cəmiyyətin məlumatlılığının artırılmasına töhfə verməlidirlər. Toyuqlu pizza

R.Bayramov qeyd edib ki, texnologiyaların sürətli inkişafı əmək bazarına ciddi təsir göstərir, yeni peşələrin yaranmasına və əmək bazarının tələblərinin dəyişməsinə səbəb olur. Buna görə də rəqəmsal inkişafa yalnız infrastruktura sərmayə qoyuluşu kimi yanaşmaq düzgün deyil.

Nazir müşaviri vurğulayıb ki, yeni texnologiyalarla yanaşı, onlardan düzgün istifadə etməyi bacaran mütəxəssislərə və kadrlara da ehtiyac artır.

O bildirib ki, insan kapitalının inkişafı həm rəqəmsal inkişaf konsepsiyasında, həm də Prezidentin imzaladığı 2026–2028-ci illər üzrə rəqəmsal inkişafın sürətləndirilməsinə dair Fəaliyyət Planında əsas istiqamətlərdən biridir.

R.Bayramovun sözlərinə görə, rəqəmsal bacarıqların artırılması yalnız İT mütəxəssislərinin hazırlanması ilə məhdudlaşmamalıdır. Əsas məqsəd müxtəlif sahələrdə çalışan insanların rəqəmsal savadlılığını artırmaq və texnologiyaları onların gündəlik iş alətinə çevirməkdir.

Nazir müşaviri əlavə edib ki, bu istiqamətdə keçirilən görüşlər rəqəmsallaşma mövzusunun daim gündəmdə qalmasına və tərəflər arasında işgüzar fikir mübadiləsinin genişlənməsinə kömək edir.

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!