Bu qadınlar hər ay müavinət ala bilər -   Çoxu xəbərsizdir

saytların hazırlanması

Evə çatdırılma

Bu qadınlar hər ay müavinət ala bilər - Çoxu xəbərsizdir

Sosial

26 Oktyabr 2026 16:33 372


Beşdən çox uşaq doğub tərbiyə edən qadınlara müəyyən şərtlər daxilində aylıq sosial müavinət verilir. Müavinət hüququ altıncı uşağın bir yaşına çatdığı vaxt yaranır və uşaqların sağ olması şərti ilə hər bir uşaq üçün müəyyən edilmiş məbləğdə ödənilir.

Bu barədə “Yeni Sabah”a Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.

Bildirilib ki, müavinət uşağın 18 yaşı tamam olan ayın sonunadək təyin edilir. Ödəniş plastik bank kartları vasitəsilə yalnız nağdsız qaydada həyata keçirilir. pizza sifarişi

Qeyd olunub ki, müavinəti alan şəxs vəfat etdikdə, qanunvericiliklə müəyyən edilmiş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə ödəniş dayandırılır.

Əlavə məlumat əldə etmək istəyən vətəndaşlar DSMF-nin 142 Çağrı Mərkəzinə zəng edə və ya fondun rəsmi sosial şəbəkə hesabları vasitəsilə müraciət edə bilərlər.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!