“Ölən və öldürənlər bəllidir” - Oğlu həbs olunan deputatla bağlı AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

“Ölən və öldürənlər bəllidir” - Oğlu həbs olunan deputatla bağlı AÇIQLAMA

Sosial

26 Oktyabr 2026 18:05 766


Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, deputat Arzuxan Əlizadə sosial şəbəkə üzərindən hədəf alınıb. 

Onun oğlu Əhməd Əlizadə ilə bağlı baş verən məlum hadisədən sonra deputat və rəhbəri olduğu partiya hədəf alınıb, ona qarşı qarayaxma kampaniyası aparılır. 

Deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə ilə bağlı baş verən hadisənin bəhanə edilərək deputatın özünə və rəhbərlik etdiyi partiyaya qarşı qarayaxma kampaniyasının aparılması yolverilməz yanaşmadır. Hər hansı hadisəyə münasibət bildirərkən emosiyalara deyil, hüquqi prinsiplərə, obyektivliyə və ədalət meyarlarına əsaslanmaq vacibdir.  pizza sifarişi

Hüquqi dövlətin əsas prinsiplərindən biri fərdi məsuliyyət prinsipidir. Hər bir şəxs öz hərəkətlərinə görə qanun qarşısında fərdi qaydada məsuliyyət daşıyır. Ailə üzvlərinin hərəkətlərinə görə başqa bir şəxsin, xüsusilə də ictimai-siyasi fəaliyyətlə məşğul olan şəxsin avtomatik şəkildə məsul tutulması hüquqi və mənəvi baxımdan düzgün yanaşma sayıla bilməz. 

İnsan hüquqları və demokratik dəyərlər baxımından da hər kəsin ləyaqətinə, nüfuzuna və hüquqlarına hörmət edilməlidir. Araşdırılmamış məlumatlar, birtərəfli iddialar və emosional ittihamlar əsasında ictimai rəy formalaşdırmaq obyektivlik prinsipinə ziddir. 

"Yeni Sabah" xəbər verir ki, məsələ ilə bağlı “Cebheinfo.az”-a danışan AMİP liderinin köməkçisi Əli Orucov deyib ki, bir neçə gün öncə Bakının Xətai rayonunda yerləşən kafelərin birində ölmülə nəticələnən cinayət hadisəsi zamanı oğlu Əhməd Əlizadənin həmin vaxt orda olmasınadan sui-istifadə edərək Arzuxan Əlizadəyə qarşı bəzi çevrələrin məqsədli şəkildə qarayaxma kampaniyası aparması qəbuledilməzdir:

“Baş verən kriminalda ölən və öldürənlər bəllidir. Hadisənin digər iştirakçıları haqqında da həbs qətimkan tədbiri tətbiq edilib və istintaq orqanları da cinayət işinin obyektiv, hərtərfli araşdıracağına da şübhə etmirəm. Təbii ki, buna məhkəmə də yekun olaraq öz hüquqi qiymətini verəcək. Lakin törədilmiş cinayət əməli ətrafında spekulyasiyalar etmək, bir çox hallarda bilərəkdən təhrif olunmuş məlumatları yaymaq istintaqın gedişinə də mənfi təsirini göstərməyə bilməz. 

Arzuxan Əlizadənin AMİP sədri və Milli Məclisin deputatı kimi tutduğu postların hər biri seçkilidir, ona yüksək etimad göstərilib, o, həmin etimadı da doğrultmaqdadır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!