Hər ay əlavə pensiya alacaq şəxslərin   SİYAHISI AÇIQLANDI

saytların hazırlanması

Evə çatdırılma

Hər ay əlavə pensiya alacaq şəxslərin SİYAHISI AÇIQLANDI

İqtisadiyyat

26 Oktyabr 2026 09:11 1029


Azərbaycanda bir sıra əmək pensiyaçılarının pensiyalarına aylıq sabit məbləğdə əlavələrin edilməsi nəzərdə tutulur. Bəs bu əlavələr kimlərə şamil olunacaq və məbləğ nə qədər olacaq?

“Yeni Sabah” xəbər verir ki, deputat Vüqar Bayramov bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Deputat bildirib ki, “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişikliklərə əsasən, aylıq pensiya əlavəsi əmək pensiyası yaşına çatmış və ya həmin yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş müəyyən kateqoriyadan olan əmək pensiyaçılarına şamil olunacaq. pizza mizza

“Dəyişikliklərə əsasən, aylıq pensiya əlavəsi əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş bir sıra əmək pensiyaçılarına təyin edilir”, – deyə V.Bayramov qeyd edib.

Onun sözlərinə görə, sabit əlavələr azı 15 il qulluq stajı olan sabiq Birinci vitse-prezident və vitse-prezidentlərə, Baş nazir və onun müavinlərinə, Naxçıvan Muxtar Respublikasının Baş naziri və müavinlərinə, Prezidentin səlahiyyətli nümayəndələrinə və onların müavinlərinə, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə və müavinlərinə, yerli icra hakimiyyəti başçılarına, eləcə də qanunvericilikdə nəzərdə tutulan digər vəzifəli şəxslərə şamil ediləcək.

Bundan başqa, müvafiq qulluq və sığorta stajı tələblərinə cavab verən sabiq dövlət qulluqçuları, deputatlar, Hesablama Palatasının sabiq üzvləri, ombudsmanlar, Mərkəzi Seçki komissiyalarının sabiq üzvləri, diplomatik xidmət əməkdaşları və Müdafiə Nazirliyinin hərbi qulluqçuları da bu kateqoriyaya aid edilirlər.

“Göründüyü kimi, siyahı kifayət qədər genişdir və pensiya yaşı tamam olan həmin vətəndaşlarımızın əmək pensiya təyinatları yeni qaydalarla aparılacaq”, – deputat vurğulayıb.

Aylıq əlavələrin məbləğinə gəlincə, V.Bayramov bildirib ki, ödənişlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin ediləcək və dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək.

“Qanuna edilən dəyişikliklər təsdiq olunan zaman fərmanla aylıq pensiya məbləğini təyin edəcək qurum da müəyyənləşəcək”, – deyə deputat əlavə edib.

Qeyd edək ki, dəyişikliklər Milli Məclisdə qəbul edilib. Onların qüvvəyə minməsi üçün Azərbaycan Prezidenti tərəfindən imzalanması tələb olunur. Aylıq pensiya əlavələrinin konkret məbləği isə hələlik açıqlanmayıb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!