Nazir təhsil haqqı məsələsinə aydınlıq gətirdi:  Kəmiyyətə görə keyfiyyəti qurban verməməliyik
23 Yan 2021 13:39
316

Nazir təhsil haqqı məsələsinə aydınlıq gətirdi: Kəmiyyətə görə keyfiyyəti qurban verməməliyik

Brifinqdə söylədiyim "Biz əgər təhsil haqqını 500 manat etsək, onda hamı və ya çox adam ali təhsil alar" fikri məcrasından çıxarılaraq ictimaiyyətə fərqli formada təqdim edilib. Bu, təhsilin keyfiyyəti ilə onun qiyməti arasında olan əlaqədir.

Yenisabah.az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, əgər bu gün bir nəfərin təhsilinə 2500 manat vəsait ayrılırsa, bu məbləği 500-ə endirsək, o zaman 5 nəfər təhsil alır:

"Bu halda, 500 manata hazırlanmış mühəndislə 2500 manata hazırlanmış mühəndis arasında keyfiyyət fərqi var. Biz kəmiyyətə görə keyfiyyəti qurban verməməliyik. Ali təhsildə kəmiyyət dəyişiklikləri mütləq baş verməlidir. Amma biz süni şəkildə sayları artırmaqla "əhalimiz daha çox ali təhsil aldı" deyib özümüz özümüzü aldatmamalıyıq. Çünki uzunmüddıtli bir dövrdə həmin adamlar bizim əmək bazarının əsas hissəsi olacaqlar". (Trend)

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər