“Nazirin birinci müavini hara baxırdı?”  – Deputat
22 May 2020 17:52
1071

“Nazirin birinci müavini hara baxırdı?” – Deputat

Mədəniyyət naziri Əbülfəs Qarayev işdən çıxarılandan sonra onun vəzifəsinin icrası müvəqqəti olaraq birinci müavini Vaqif Əliyevə həvalə olunub

Yenisabah.az xəbər verir ki, hətta nazir postuna iddialılar sırasında Vaqif Əliyevin də adı hallandırılır. Amma Vaqif Əliyevə münasibət heç də birmənalı deyil. Bəzi sosial şəbəkə iştirakçıları onu sabiq müavin Rafiq Bayramovun qanunsuz əməllərinə göz yummaqda günahlandırırlar.

Milli Məclisin deputatı Etibar Əliyev də sosial şəbəkələrdə aparılan müzakirələrə qoşulub. Deputat facebook səhifəsində məsələyə özünəməxsus şəkildə reaksiya verib: “Nazirin birinci müavini Vaqif Əliyev hara baxırdı. Dursun izah eləsin görək, onun kurasiyasına nələr daxildir”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər