Nazirlik rəsmisindən karantin rejimi ilə bağlı   VACİB AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Nazirlik rəsmisindən karantin rejimi ilə bağlı VACİB AÇIQLAMA

Sosial

14 Fevral 2021 18:06 2368


“Hazırda müşahidə etdiyimiz tendensiya stabilləşməni göstərir. Artıq infeksiya nəzarət altındadır və stabilləşib. Mütəxəssislərin və şəxsən mənim fikrimcə, kəskin hansısa dəyişikliklərin edilməsi və ya yumşaldılmalara gedilməsi hələlik tezdir”.

Yenisabah.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi yanında İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov bildirib.

O əlavə edib ki, artıq ali təhsil və orta məktəblərin yuxarı sinif şagirdlərinin tədrisinə start verilib: pizza mizza

“Bu, da yeni yumşaldılma tədbiridir. Bunun effektini müəyyən müddət ərzində öyrənməli və təhlil etməliyik. Bununla bağlı çox ciddi problemlər gözləmirik. Bunu bizə ABŞ-da və Avropada aparılan tədqiqatlar deməyə əsas verir.

Aparılan araşdırmalar göstərir ki, uşaqlar məktəb və məktəbəqədər müəssisələrdə yoluxmuş olurlarsa, müəllim heyətinin yoluxma riski çox aşağıdır. Müəllimlərin yoluxması onların ailə üzvlərindən evdə yoluxması ilə daha çox bağlıdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!