Nazirlik vaqonda yaşayan ailəyə yardım etdi

saytların hazırlanması

Evə çatdırılma

Nazirlik vaqonda yaşayan ailəyə yardım etdi

Sosial

08 Fevral 2019 15:25 932


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Gəncə şəhərinin "Aliminiumçular bağ massivi” adlandırılan ərazisində məskunlaşan ailə ilə əlaqədar addım atıb.

Belə ki, ailə başçısı Taleh Məmmədovun işlə təminatına köməklik üçün o, yerli Məşğulluq Mərkəzinə dəvət edilib.

“Yeni Sabah” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov deyib. O bildirib ki, T.Məmmədova “İşsizin DOSTu” proqramı çərçivəsində ödənişli ictimai işə cəlb edilməsi təklif olunub: Sezar pizza

 “Vətəndaş razılaşaraq onunla əmək müqaviləsi bağlanılıb. Artıq o, işsiz deyil. Eyni zamanda ailənin aztəminatlı olduğu nəzərə alınmaqla ünvanlı sosial yardımla təmin olunması üçün hüquqları və müraciət prosedurları izah olunub. Ailənin təmsilçisi tərəfindən sosial yardım üçün e-qaydada müraciət olunacaq. Bunun üçün ona texniki köməklik də göstəriləcək”.

Qeyd edək ki,  Elnarə Süleymanova ilə Taleh Məmmədov 4 ildir, şəhərin "Alüminumçular bağ massivi” adlandırılan ərazisində yaşayırdı. Anası Elnarənin kimsəsiz, evsiz bir oğlanla ailə qurmasına razı olmayıb. Buna baxmayaraq, Elnarə özündən 4 yaş böyük Talehə qoşulub qaçıb. Cütlüyün sosial durumları acınacaqlıdır. Övladları dünyaya gələndən sonra topladıqları vəsait hesabına bir dəmir vaqon tapıb, vaqonda yaşamağa başlayıblar.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!