Nazirlikdən təcili yardım işçilərinin qovulması haqda açıqlama: “Düzgün qərardır”

saytların hazırlanması

Evə çatdırılma

Nazirlikdən təcili yardım işçilərinin qovulması haqda açıqlama: “Düzgün qərardır”

Xalqın səsi

05 Mart 2019 16:21 1512


Sosial şəbəkələrdə Təcili Tibbi Yardım Xidmətinə məxsus maşınların musiqi sədası altında bir xanımın başına dövr etməsini özündə əks etdirən video yayılmışdı. 

Araşdırmalardan sonra Səhiyyə Nazirliyi tərəfindən sürücülər və tibb bacısının işdən çıxarılması birmənalı qarşılanmayıb. Hüquq müdafiəçiləri bu cəzanın ağır olduğunu bildirib. 

Məsələ ilə bağlı “Yeni Sabah”a açıqlama verən Səhiyyə Nazirliyi mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, bu, rəhbərliyin verdiyi qərardır: “İşdən çıxarılmasaydılar, eyni formada şikayət edəcəkdilər ki, bu adamlar işdən çıxarılmalı idi. “İş vaxtı çağırışa getməyib, belə hərəkət ediblər” deyəcəkdilər. Bu rəhbərliyin verdiyi qərardır, onlar bilirlər necə hərəkət etmək lazımdır. Düzdür, çağırış yubanmayıb, vaxtında gediblər. Bu, daxili məsələdir. Hesab edirəm ki, düzgün qərar verilib”.  Toyuqlu pizza

Əsmər Qabil


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!