Nazirliklə sənətçilər üz-üzə - Mənzər Nurəliyevada 30 min dollarlıq əməliyyatın pulu haradandır?

saytların hazırlanması

Evə çatdırılma

Nazirliklə sənətçilər üz-üzə - Mənzər Nurəliyevada 30 min dollarlıq əməliyyatın pulu haradandır?

Şou

21 Noyabr 2025 01:11 11522


Mədəniyyət Nazirliyi və Sənət nümayəndələri arasındakı gərginlik səngimək bilmir.

"Yeni Sabah" xəbər verir ki, Elçin Əlibəylinin təqdimatında yayımlanan "Aktual Gündəm" verilişinə qatılan Almaxanım Əhmədli və Nura Suri maraqlı açıqlamalar veriblər. 

Almaxanım Əhmədli iddia edib ki, Mənzər Nurəliyeva ondan və sənət dostlarından müxtəlif hədiyyələr tələb edib. Həmin fikrləri Nura Suri də dəstəkləyib: pizza sifarişi

"Məncə, Mənzər Nurəliyeva bunları görməzdən gəlir deyə, Özbəkistan mədəniyyət günlərində nazir Adil Kərimli məni o siyahıya salmışdı. Bundan sonra 15-20 gün məşqlərə getdik. Uçuşa bir neçə gün qalmış Mənzər xanımın köməkçisi mənimlə əlaqə saxladı və bildirdi ki, məni siyahıdan çıxardıblar. Fikrimcə, bu, dostluq və şəxsi münasibətlər zəmnində baş verdi. Mən və digər sənət yoldaşlarım bu siyahıdan çıxarıldılar. Bu insanın müəyyən tələbləri var. Bunu hər kəs gözəl bilir. Mən və sənət dostlarımdan müəyyən məbləğlər tələb edirdilər. Bizdən istəyirdilər ki, qayıdanda ona ətir gətirək. İstifadə etdiyi ətir də bahalıdır. Qiyməti 600-1000 manat aralığında dəyişir".

Nura Suri də öz növbəsində bildirib ki, Mənzər Nurəliyeva üzgərdirmə əməliyyatı etdirib, onun da qiyməti 30 min dollarda yuxarıdır.  

Qeyd edək ki, verilişə onlarla birlikdə Mədəniyyət Nazirliyinin müşaviri Oleq Əmirbəyov və Media və Kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova da qatılıb. 

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!