Nazirliyin 11 milyon manatlıq ev aldığı iş adamları kimdir?

saytların hazırlanması

Evə çatdırılma

Nazirliyin 11 milyon manatlıq ev aldığı iş adamları kimdir?

Sosial

25 Avqust 2023 08:43 833


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi fərdi sahibkar Ağaməmmədova Xanım Şamil qızından 2 531 250 AZN dəyərində mənzil alır. 

Qaynarinfo xəbər verir ki, Xanım Ağaməmmədova nazirliyin Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Bakı, Gəncə, Mingəçevir, Şəki, Şirvan şəhərlərində və Salyan, Qax, Ağsu, Ağdaş, Astara rayonlarında 1, 2 və 3 otaqlı mənzillərin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi olub. 

Xanım Ağaməmmədova barədə açıq mənbələrdə heç bir məlumat yoxdur.  Marqarita pizza

Nazirlik eyni məqsədlə başqa bir fərdi sahibkar - Əlisoy Natiq Hüseyn oğlu ilə maliyyə dəyəri 8 149 930 AZN təşkil edən satınalma müqaviləsi imzalayıb. 

Natiq Əlisoy həm də "Gulay-Food” MMC-nin qanuni təmsilçisidir. Bu şirkət ötən ilin əvvəlində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin keçirdiyi tenderdə də qalib olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!