ABŞ prezidenti Co Baydenin ətrafı hesab edir ki, o, yıxılma riskini azaltmaq üçün daha rahat ayaqqabı geyinməlidir.
Yenisabah.az Politico-ya istinadla xəbər verir ki, noyabrın 20-də 81 yaşı tamam olan Amerika liderinin vəziyyəti ailə üzvlərini də narahat edir.
Prezidentin ətrafındakılar Baydenin kameralar altında daha az hərəkət etməsinin mümkünlüyünü müzakirə etdilər. Bundan əlavə, Baydenin yerişinin "sərt" olmamaması və "yıxılma riskinin" azaldılması üçün daha rahat ayaqqabı geyinməsi tələb olunacaq.
Xatırladaq ki, sentyabrın sonunda "Axios" informasiya portalı yazıb ki, prezident sürüşməmək üçün daha tez-tez tennis ayaqqabısı geyinməyə başlayıb.
Telegram kanalımız