Necə oldu ki, Anarın yadına ədəbiyyat düşmədi? – Millət vəkilindən reaksiya

saytların hazırlanması

Evə çatdırılma

Necə oldu ki, Anarın yadına ədəbiyyat düşmədi? – Millət vəkilindən reaksiya

Yazar

03 Mart 2019 15:31 2036


Millət vəkili Fazil Mustafa prezidentin mədəniyyət və ədəbiyyat adamları ilə görüşünü şərh edib. 

“Yeni Sabah”ın məlumatına görə, millət vəkili qeyd edib ki, ölkə prezidentinin ədəbiyyat, mədəniyyət xadimləri ilə görüşü çox anlamlı və səmimi idi. Qaldırılan məsələlərə prezidentin reaksiyası da dəqiq, istəkli və anlayışlı idi: “Lakin qaldırılan məsələlər onu göstərdi ki, Azərbaycanın ədəbiyyat və mədəniyyət xadimləri özlərindən başqa təmsil etdikləri sahənin problemlərini unudublar. Təkcə Bəhram bəyin Hacı Zeynəlabdin Tağıyevlə bağlı qaldırdığı məsələ ictimai məzmun daşıyırdı. 

Necə oldu ki, ötən ay Milli Məclisdə qaldırdığım bir məsələ ədəbiyyatçıların yadına düşmədi? Kitablardan, çap məhsullarından, mətbəə avadanlıqlarından əlavə dəyər vergisinin götürülməsini niyə ən vacib məsələlərdən biri olaraq qaldırmadılar? Məgər kitabın, mütailənin taleyi barədə düşünmək istəmirlər?  Pepperoni pizza

Uşaq teatrının acınacaqlı durumunu da dilə gətirən olmadı. Axı prezident imkan yaradıb ki, öz sahənizə aid aktual məsələləri qaldırın, yenə də şəxsi məsələlər qabardılmağa başlandı... 

Hər bir halda belə bir görüşlərin keçirilməsi olduqca vacibdir. Bu ölkədə ədəbi, mədəni mühitin canlanmasına təkan verə bilər”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!