“Neftçi” “Qalatasaray”ı məğlub etsə, hər futbolçu 20 min manat alacaq
15 Sen 2020 17:37
353

“Neftçi” “Qalatasaray”ı məğlub etsə, hər futbolçu 20 min manat alacaq

«Neftçi» sentyabrın 17-də tarixi matça çıxacaq.

Yenisabah.az xəbər verir ki, paytaxt təmsilçisi həmin gün «Qalatasaray»la qarşılaşacaq.

Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək oyuna maraq böyükdür. İlk raunda Şimali Makedoniyadan «Şkupi»yə böyük çətinliklə qalib gələn (2:1) «ağ-qaralar»ın İstanbul nəhəngini mübarizədən kənarlaşdırmaq şansı çox aşağı qiymətləndirilir.

Bunu klub rəhbərliyi də çox gözəl başa düşür. Amma «ümid sonda ölür» deyirlər… İndi burada stimulun dhesabıına nəsə etmək, sürprizə imza atmaq olar. O da puldur.

Sportinfo yazır ki, bakılılar «Qalatasaray»ı məğlubiyyətə uğratsa, maddi planda bir xeyli irəli düşəcək. Hər futbolçuya çatacaq mükafatın məbləği 20 min manat təşkil edəcək.

«Neftçi» başbilənləri son dəfə bu qədər mükafatı ötən ilin yayında təyin edib - «Bney Yehuda» ilə Avropa Liqasının III təsnifat mərhələ oyunlarına. Təəssüf ki, gözəl şans əldən çıxdı.

Roberto Bordinin çalışdırdığı kollektiv Tula «Arsenal»ı üzərində böyük zəfər qazansa da, İsrail təmsilçisinə öz gücünü göstərə bilmədi: evdə 2:2, səfərdə 1:2.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər