“Neftçi” yoxlama görüşündə “Zenit”ə qalib gəldi

“Neftçi” yoxlama görüşündə “Zenit”ə qalib gəldi

İdman Veb saytların hazırlanması

18 Noyabr 2023 23:09 919


"Neftçi" milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən istifadə edərək bu gün yoxlama oyunu keçirib.

Yenisabah.az xəbər verir ki, paytaxt təmsilçisi Bakıda "Zenit"i qəbul edib. "Neftçi Arena"da keçirilən görüşdə Bakı klubu 2:1 hesabı ilə qalib gəlib. Reziuan Mirzov sözügedən oyunda dubla imza atıb.

Qeyd edək ki, bu komandalar Rusiyada mövsümöncəsi beynəlxalq turnirdə üz-üzə gəliblər və "Zenit" qələbə qazanıb - 3:1.

Yoxlama oyunu, 18 noyabr

21:00. "Neftçi" - "Zenit" - 2:1 

Qollar: Reziuan Mirzov, 9, 62 - Du Keyros, 56

"Neftçi Arena"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!