“Neftçi”, yoxsa “Qəbələ”? - Kubokun sahibi bu gün bəlli olacaq

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi”, yoxsa “Qəbələ”? - Kubokun sahibi bu gün bəlli olacaq

İdman

03 İyun 2023 10:18 893


Bu gün “Neftçi” və “Qəbələ” futbol klubları doqquz ildən sonra Azərbaycan kuboku yarışlarının finalında üz-üzə gələcəklər. 

Yenisabah.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, sayca 31-ci ölkə kuboku yarışlarına təsadüf edəcək. 

Baş tutacaq oyun bu komandalar arasında, ümumilikdə, ikinci final qarşılaşması kimi yadda qalacaq. Tərəflərin ilk final dueli 2013-2014-cü il mövsümünə təsadüf edib. Həmin vaxt 1:1 hesabı ilə yekunlaşan görüşdə bölgə təmsilçisi penaltilər seriyasında rəqibini üstələyərək (3:2) kuboka yiyələnib.  Dördpendirli pizza

Beləliklə, “Neftçi” və “Qəbələ” komandaları 3299 gündən sonra ikinci dəfə finalda rəqib olacaqlar. 

Qeyd edək ki, “Bakcell Arena”da keçiriləcək final matçı saat 20:00-da başlayacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!