Sənəd qəbulu başa çatır - İTV-də yeni rəhbər kim olacaq?

saytların hazırlanması

Evə çatdırılma

Sənəd qəbulu başa çatır - İTV-də yeni rəhbər kim olacaq?

Sosial

07 May 2026 10:46 109


Sabah İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə sənəd qəbulunun son günüdür.

“Yeni Sabah” xəbər verir ki, qəbul aprelin 27-si saat 9.00-dan başlayıb.

Uyğun namizədlər sənədlərini sabah saat 18.00-dək Audiovizual Şuraya təqdim etməlidirlər. Dördpendirli pizza

Şuranın məlumatına görə, namizəd Azərbaycan vətəndaşı və ali təhsili olmalıdır. Əvvəllər ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə məhkum edilmiş, məhkumluğu ödənilməmiş şəxs namizəd ola bilməz. Fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq olunmuş şəxslər də namizəd ola bilməz.

Təqdim olunmalı sənədlərin sırasında ərizə, şəxsiyyət vəsiqəsinin surəti, əmək kitabçasının surəti, kadrların şəxsi uçot vərəqi (fotoşəkil ilə), ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiq olunmuş surəti qeyd olunub.

Sənədlər 2 nüsxədə təqdim olunmalıdır.

Qeyd edək ki, Baş direktor Yayım Şurası tərəfindən 4 il müddətinə seçilir.

Hazırda İTV-nin baş direktoru Balakişi Qasımovdur.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!