Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Niyə qızın başı aşağı olmalıdır, dikbaşlı olsa, pisdir?
18 May 2021 15:30
1718

Niyə qızın başı aşağı olmalıdır, dikbaşlı olsa, pisdir?

Dilimizdə işlənən"Başı aşağı qız","Başını aşağı sal, bir parça çörəyini ye"ifadəsi yanlışdır, ərəbizimdən gəlir, köləliyi təlqin edir. Niyə qızın başı aşağı olmalıdır? Dikbaşlı olsa niyə pisdir?

Dik başlı ifadəsi nə üçün mənfi məna kəsb edir? Məncə, "dik baş" köləliyə uymur, ona görə.

İlk öncə,Azərbaycan türkcəsində  "aşağı"sözünün konkret ifadə daxilində mənfi məna çalarları ilə tanış olaq:

1."Yerin dibinə batsın" qarğış...

2."Səni görüm dərin gedəsən" qarğış...

3."Boyunu yerə soxum" qarğış...

4."Utancından yer yarılsa yerə girmək"

5."Alçaq,alçaltmaq" təhqir.

6."Aşağı təbəqə" v.s.

7." Cəhənnəmin dibi", "dib- aşağı"...v.s.

Dilimizdə "aşağı" sözü bu qədər mənfi məna çaları da işlənirsə, "başı aşağı qız" olmaq necə müsbət məna kəsb edə bilər?," başını aşağı salıb bir parça çörək yemək"necə yaxşı iş ola bilər?

Hər iki ifadə o zaman "müsbət" emosiya doğurar ki, itəatkar, müti, qul, kölə olasan.Ən yaxşı kölə ən yaxşı baş əyməyi bacarandır məntiqi.

Oysa, Azərbaycan türkcəsində o cümlədən bir çox dillərdə  "yuxarı" sözünün müsbət çalarları var.

1. "Allah yuxarıdan görür" Allah yuxarıdadır.

2. "Ruhu göylərə uçdu" yuxarı müsbət mənadadır.

3."Yuxarılar bu işə razı olmaz" vəzifədə yuxarı, üst məqam.

4."Sən ele uca zirvəsən ki..." Yenə yüksək mənası...

5."Hər daim ucalasan, ucalardan uca olasan" yuxarı.

6."Uçmaq- uca- yuxarı- cənnət"

7.High technology(yüksək texnologiya)

8. Vorxovniy sovet

9. "Başını dik tut, əyilmə"

Bəs necə olur ki, "Düşmən qarşısında başını dik tut deyirik, amma dik baş olanı sevmirik?" Bəlkə, dik başlıq köləliyi inkar edir, ona görə?

Unutmamaq lazımdır ki, yuxarıda qeyd etdiyim ifadələr "yuxari" və "aşağı" sözlərinin coxmənalılığından yaranıbdır. Və yenə də unutmamalıyıq ki, çoxmənalı sözlər ilkin mənaya bağlı olaraq yaranır. 

Bəhram Məmmədov,

filologiya üzrə fəlsəfə doktoru

 

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər