Norveçdə daşqın səbəbindən 4 minə yaxın insan təxliyə edildi

saytların hazırlanması

Evə çatdırılma

Norveçdə daşqın səbəbindən 4 minə yaxın insan təxliyə edildi

Dünya

11 Avqust 2023 00:59 1275


Norveçdə “Hans” siklonunun səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 3 885 nəfər evlərini tərk etməli olub.

Yenisabah.az TASS-a istinadən xəbər verir ki, bu barədə NTB agentliyi məlumat yayıb.

Ölkənin qərb sahilindəki Ol şəhərini 1 000 nəfər, mərkəzi hissəsindəki Hönefoss şəhərini isə 1 714 nəfər tərk etmək məcburiyyətində qalıb. Təxliyə edilənlərin ümumi sayı hələ dəqiq hesablanmayıb, çünki onların bəziləri artıq evlərinə qayıdıblar. Dominos pizza

NTB-nin məlumatına görə, avqustun 10-da 3 min nəfər təxliyə edilib. İctimai Təhlükəsizlik və Fövqəladə Hallara Hazırlıq İdarəsi xilasetmə işləri üçün 12 helikopter ayırıb, onlara polis və Silahlı Qüvvələrin helikopterləri yardım edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!