Müğənni Nadir Qafarzadə böyük oğlu Loğmanı evləndirir.
Yenisabah.az xəbər verir, ifaçı xaricdə təhsil alan oğlunu evləndirmək niyyətindədir. O, artıq oğluna qız tapdığını da deyib.
Bu haqda müğənni Xəzər TV-də yayımlanan "Evdəkilərə salam" proqramında açıqlama verib. O, qızın hələ məktəbdə oxuduğunu, atasının diplomat olduğunu açıqlayıb:
"Qız məktəbdə oxuyur. Ailəsi Əl-Cəzairdə, bir müddət isə Los-Anceles şəhərində yaşayıb. İndi də dörd illik Fransaya gediblər. Çox ürəyim gedir o ailə üçün, kübar ailədirlər. Atası diplomatdır. Övladları da çox gözəldir. İstəyirəm ki, oğlumu tez evləndirim, ailəmizdə körpə dünyaya gəlsin".
8-ci dəqiqədən etibarən həmin anları izləyə bilərsiniz:
https://www.youtube.com/watch?v=VaGL5cwRtWU&feature=emb_logo
Qeyd edək ki, 49 yaşlı Nadirin Əziz və Loğman adlı iki övladı var.
https://cdn.yenisabah.az/files/nad.jpg Telegram kanalımız