Göyçay rayonunda fərdi yaşayış evindən oğurluq olub.
“Yeni Sabah” xəbər verir ki, hadisə rayonun Mirzə Fətəli Axundov küçəsində Nurlan Məmmədova məxsus yaşayış evində qeydə alınıb.
Naməlum şəxs və yaxud şəxslər gecə saatlarında mənzilə daxil olaraq müxtəlif növ ev əşyaları aparılıblar. Hadisə zamanı evdə heç kim olmayıb. Dominos pizza
Mənzil sahibinin xarici ölkədə yaşadığı bildirilir. Hadisə ilə bağlı rayon polis şöbəsinə məlumat verilib. Bu istiqamətdə əməliyyat axtarış tədbirləri həyata keçirilir.
Telegram kanalımız