Ölkəsinə dönən keçmiş prezident nə işlə məşğul olacaq?

saytların hazırlanması

Evə çatdırılma

Ölkəsinə dönən keçmiş prezident nə işlə məşğul olacaq?

Dünya

30 Mart 2023 16:45 658


Bu gün ABŞ-dan vətəninə yola düşən Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro müxalifət lideri olmayacağını və ekspert kimi partiyası ilə əməkdaşlıq edəcəyini açıqlayıb. 

Yenisabah.az CNN-ə istinadla xəbər verir ki, bu barədə eks-prezident müsahibəsində bildirib.

“Mən müxalifətin lideri olmayacağam, təcrübəsi olan bir şəxs kimi partiyama (Liberal Partiya - red) kömək edəcəyəm. 28 il parlamentdə, 4 il prezident, 2 il müşavir, 15 il isə orduda çalışmışam. Qorunmalı olanı qorumaq və dəyişdirilməli olanı dəyişdirmək naminə bunu istəyənlərlə əməkdaşlıq edəcəyəm”, - Bolsonaro deyib.  pizza mizza

Onun sözlərinə görə, həm nazirlər səviyyəsində, həm də mövcud hakimiyyət tərəfindən irəli sürülən təkliflər nəzərə alınmaqla indiki administrasiya ilə əməkdaşlıq imkanları yoxdur.

Qeyd edək ki, Bolsonaro prezidentin səlahiyyət müddətinin bitməsinə bir neçə gün qalmış, Yeni il ərəfəsində getdiyi ABŞ-a səfərindən 3 ay sonra Braziliyaya qayıdır.

Sabiq dövlət başçısı seçkilərdə sosialist Luis İnasio Lula da Silvaya uduzsa da, məğlubiyyətini qəbul etməyib. Yanvarın 8-də onun tərəfdarları paytaxt Braziliada kütləvi etiraz aksiyaları təşkil ediblər. Onlar polis kordonunu yarıb parlamentə, Ali Məhkəmə binalarına və prezident iqamətgahına basqın ediblər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!