“Ölüm hökmü cəmiyyət üçün bir dərmandır” –   Hüquqşünasdan şok açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Ölüm hökmü cəmiyyət üçün bir dərmandır” – Hüquqşünasdan şok açıqlama

Sosial

17 Oktyabr 2022 11:14 1426


“Dövlət öz vətəndaşının qisasını digər vətəndaşından almağı bacarmalıdır”.

Bunu Yenisabah.az-a açıqlamasında hüquqşünas Şəmsəddin Əliyev deyib.

O, ölkədə artan cinayət dinamikası əsnasında ölüm hökmünün bərpası çağırışlarını şərh edib. Pepperoni pizza

Hüquqşünas Cinayət Məcəlləsində müəyyən cinayətlərə görə cəzanın sərtləşdirilməsinin tərəfdarı olduğunu bildirib: “Zaman sübut edir ki, ölüm hökmü olmadan cəmiyyəti idarə etmək çox çətindir. Ölüm hökmü cəmiyyətin sağlam yaşaması üçün bir dərmandır. Bu həb olmadan cəmiyyət sağlam ola bilməz”.

Şəmsəddin Əliyev əlavə edib: “Cinayətkarlıq xəstəlikdir. Ölüm hökmü ilə cinayət halların sayı bəlkə də dərhal azalmayacaq. Ancaq insanların qorxduğu bir hökm olacaq.

Dövlət öz vətəndaşının qisasını digər vətəndaşından almağı bacarmalıdır. Bir övlad qətlə yetirilibsə, onun qisasını cinayətkardan valideynləri yox, dövlət almağı bacarmalıdır. Almadıqda qarşı tərəf üçün valideynlərdə qisas almaq imkanı yaranır”.

Nəzrin Cavadzadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!