Ombudsman minatəmizləyənləri təltif etdi

saytların hazırlanması

Evə çatdırılma

Ombudsman minatəmizləyənləri təltif etdi

Siyasət

17 Sentyabr 2021 21:11 1279


Ağdam rayonunda ərazilərdə minalardan təmizləmə işləri aparan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları rayonda faktaraşdırıcı missiya həyata keçirən nümayəndə heyətinə azad edilmiş torpaqlarımızda işğal zamanı basdırılmış minalar, onların insan həyat və sağlamlığına yaratdığı təhlükə, eyni zamanda minatəmizləmə prosesinin gedişatı, əldə olunan nəticələr və ümumi statistika haqqında məlumat veriblər.

Yenisabah.az xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb.

Ombudsman Səbinə Əliyeva, təsisatın əməkdaşları və ölkəmizdə səfərdə olan İslam Əməkdaşlığı Təşkilatının Ombudsmanlar Assosiasiyasının nümayəndə heyətinin üzvləri ANAMA əməkdaşlarının əməyini yüksək qiymətləndirərək, onlara işlərində uğurlar arzu ediblər. Dördpendirli pizza

Ombudsman ANAMA-nın bir sıra əməkdaşını işğaldan azad edilmiş ərazilərimizə təhlükəsiz qayıdışın təmin edilməsində göstərdiyi əvəzsiz və fədakar xidmətlərinə görə fəxri fərmanlarla təltif edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!